Qətərə bunu gətirən fanatları ölüm cəzası gözləyir
ESTAFET/ Qətərdə təşkil olunacaq dünya çempionatında stadionlara kokain keçirməyə cəhd edən fanatlar ölüm cəzası ilə üzləşə bilər.
Bu barədə informasiyanı "Daily Star" və "The Sun" yayıb.
Qətər İslam ənənələrinə bağlı çox mühafizəkar ölkədir. Builki mundiala ev sahibliyi edəcək ərəb ölkəsində narkotik istifadəsi ilə bağlı sərt qanun var. Qətər səlahiyyətliləri stadionlara narkotik gətirən yerli və ya xarici vətəndaşlar arasında fərq qoymayacaq. Xüsusilə də kokain kimi ağır narkotik istifadəçilərini 44 min funt-sterlinqə qədər cərimə, həbs və hətta ölüm cəzası gözləyir.