Bakıda tanınmış xarici cüdoçuların iştirakı ilə toplanış keçirilir

ESTAFET/ Bakı Olimpiya Stadionunda 40-dan çox əcnəbi cüdoçunun iştirakı ilə təlim-məşq toplanışı keçirilir.

İyunun 10-dək davam edəcək toplanışa Xorvatiya, Çexiya, Finlandiya, Niderland, Slovakiya, Ukrayna və Puerto Rikodan yüksək səviyyəli idmançılar qatılıblar.

Onlar arasında son Avropa çempionları Boqdan Yadov (66 kq), Maykl Korrel (100 kq), Jur Spijkers (+100 kq) və ötənilki Panamerika çempionu Adrian Qandia da yer alıb.

Müəllif: Natiq NƏSİROV