Khadafi və Diki növbəti mərhələyə yüksəldi

ESTAFET/ Badminton üzrə milli komandamızın üzvləri Litvanın Panevejis şəhərində keçirilən “Future” seriyalı “RSL Lithuanian International 2022” turnirində iştirak edir.
Yarışın ilk günündə kişi badmintonçuların şəxsi yarışının təsnifat mərhələsində Aqil Qəbilov,Rəvan Niftəliyev və Cahid Əlhəsov ilk görüşdə məğlub olaraq mübarizəni erkən dayandırıb.
Məhəmməd Khadafi və Diki Dvi Pangestu isə ardıcıl 2 görüşdə,rəqiblərinə set vermədən qələbə qazanmağı bacarıb. Məhəmməd ilk görüşündə Litva ardınca isə Norveçi təmsil edən badmintonçuya qalib gəlib. Diki isə Uels və Sinqapur təmsilçilərini mübarizədən kənarlaşdırıb. Məhəmməd Khadafi sabah isveçli,Diki isə indoneziyalı badmintonçu ilə qarşılaşacaq.
Qadın badmintonçuların şəxsi yarışının təsnifat mərhələsində Era Maftuha ilk görüşündə ukraynalı rəqibinə 2:1 hesabı ilə qalib gəlsə də, ikinci qarşılaşmada indoneziyalı rəqibinə 0:2 hesabı ilə uduzub.
