Azərbaycan Qran Prisinin proqramı - Formula 1

ESTAFET/ Bu gün Formula 1 üzrə Dünya çempionatının mərhələlərindən biri olan Azərbaycan Qran Prisinə yekun vurulacaq. 

Yarışların sonuncu günündə öncə Formula 2-də son yarış təşkil olunacaq. Bundan sonra sürət həvəskarları əsas mübarizəyə şahidlik edəcəklər.

Günün proqramına görə yarış hazırlıqlarından sonra Azərbaycan Dövlət Himni səslənəcək. Saat 15:00-dan etibarən isə Qran-prinin startı veriləcək.

Müəllif: Natiq NƏSİROV