Rəcəbov Nakamura ilə bacarmadı - İddiaçılar Turniri
ESTAFET/ Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.
Teymur yarışın ikinci turunda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Matç 75-ci gedişdə rəqibin qələbəsi ilə başa çatıb.
Təmsilçimiz ilk turda ağ fiqurlarla Fransa şahmatçısı Alireza Firuzca ilə heç-heçə edib.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar.
İddiaçılar Turniri
II tur
Hikaru Nakamura (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) 1:0
Rixard Rapport (Macarıstan) - Alireza Firuzca (Fransa) 0,5:0,5
Yan-Kşiştof Duda (Polşa) - Dinq Liren (Çin) 0,5:0,5
Yan Nepomnyaşi (FIDE) - Fabiano Karuana (ABŞ) 0,5:0,5
Xal durumu: Karuana, Nepomnyaşi -1,5, Rapport, Firuzca, Duda, Nakamura - 1, Liren, Rəcəbov - 0,5.