Millimizdən Türkiyədə daha bir qələbə
ESTAFET/ Azərbaycanın basketbol üzrə U-18 millisinin Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı davam edir.
Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışı çərçivəsində komandamız onlardan yaşca böyük “Dostluk" kollektivinin qonağı olub və qarşılaşmadan 90:74 hesablı qələbə ilə ayrılıb.
Millimizin ən məhsuldar basketbolçusu 20 xalla Əli Həsənov olub. Səid İsmayılov isə oyunu 17 xal, 12 assist ilə tamamlayıb.
Qeyd edək ki, komandamız toplanış çərçivəsində daha əvvəl yerli "Darruşafaka U-18" kollektivi ilə qarşılaşıb və 68:61 hesabı ilə qələbə qazanıb.