"Gəncə", "Abşeron", "Ordu" və "Sərhədçi" klubları pley-off 'un bir addımlığında

10-11 aprel Azərbaycan Basketbol Liqasında (ABL) pley-in oyunları baş tutub. Pley-in seriyalarında ilk oyun Gəncə İdman Sarayında oynanılıb.
"Gəncə" basketbolçuları oyunun sonuna 58 saniyə qalmış geridönüşü reallaşdıraraq "Lənkəran"ı 96-92 hesabı ilə məğlub ediblər. Abşeron Olimpiya İdman Kompleksində "Abşeron" və NTD klubları arasında keçirilmiş seriyanın ilk oyununda yerli komanda 88-74 hesablı qələbəyə sevinib. "Ordu" - "Quba" oyununda isə 91-83 hesablı qələbəni bayram edən hərbiçilər olublar. "Sumqayıt" basketbolçuları yerli azarkeşlər önündə "Sərhədçi"yə 97-123 hesabı ilə məğlub olaraq, seriyadakı ümumi hesabda 0-1 geri düşüblər.
Qeyd edək ki, pley-in seriyalarında növbəti oyunlar 13 və 14 apreldə baş tutacaq. Seriyada ən tez iki qələbə qazanmış klublar pley-off 'a vəsiqə qazanacaqlar.
