Rəcəbovdan növbəti heç-heçə: İddiaçılar Turniri
ESTAFET/ Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.
Teymur IV turda qara fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə qarşılaşıb. Matç 41-ci gedişdə heç-heçə ilə başa çatıb.
Rəcəbov I və III turlarda, müvafiq olaraq, Fransa təmsilçisi Alireza Firuzca və FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi ilə sülhə razılaşıb, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub. Təcrübəli şahmatçı hazırda 1,5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 3 xala sahib Yan Nepomnyaşidir.
Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq.
İddiaçılar Turniri
IV tur
Yan-Kşiştof Duda (Polşa) - Teymur Rəcəbov (Azərbaycan) 0,5:0,5
Yan Nepomnyaşi (FIDE) - Alireza Firuzca (Fransa) 1:0
Rixard Rapport (Macarıstan) - Hikaru Nakamura (ABŞ) 0,5:0,5
Dinq Liren (Çin) - Fabiano Karuana (ABŞ) 0,5:0,5
Xal durumu: Nepomnyaşi - 3, Karuana - 2,5, Duda, Rapport, Nakamura - 2, Liren, Rəcəbov, Firuzca - 1,5.