Cüdoçular AÇ-yə 2 qızıl, 1 gümüş və 1 bürünclə başladılar
ESTAFET/ Bu gün Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının ilk günün görüşləri başa çatıb.
Oğlanlar arasında 50 kq çəki dərəcəsində Məhəmməd Məmişov təsəlliverici görüşdə ermənistanlı idmançı Qor Safaryan üzərində parlaq qələbə qazanaraq bürünc medalla yarışı başa vurub.
55 kq çəkidə Şahin Oruczadə finalda Serbiya təmsilçisi Matey Jeremiklə gərgin keçən mübarizə qalib gələrək Avropa çempionu olub.
60 kq çəki dərəcəsində Nizami İmranov final görüşündə macarıstanlı cüdoçu Adam Majora qalib gələrək komandanın aktivinə ikinci qızıl medalı yazdırıb.
Qızlar arasında 48 kq çəkidə yarışan Aydan Vəliyeva isə çempionatın gümüş medalçısı olub.
İlk günün nəticəsinə əsasən cüdoçularımız çempionatda ümumi hesabda birinci yerdədir.