Cüdoçumuz Qran-Pri turnirinin bürünc medalını qazanıb
Azərbaycan cüdoçusu Zaqreb Qran-Pri turnirinin bürünc medalını qazanıb.
Təmsilçimiz Uşanqi Kokauri (+100 kq) həlledici mərhələdə gürcüstanlı rəqibi Gela Zaalişvilini məğlub edərək üçüncü yeri tutub.
Qeyd edək ki, bundan əvvəl cüdoçularımız Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Molayi (81 kq) isə gümüş medal qazanıblar.