Basketbol üzrə U-18 milli komandamız Avropa Çempionatının bürünc medallarını qazandı!

San Marino 'da gənclər arasında təşkil olunmuş Avropa Çempionatının "C" divizionunda U-18 milli komandamız 3 -cü yer uğrunda görüşə çıxıb.

Qrupda məğlub etdiyi Lüksemburq seçməsi ilə qarşılaşan yığmamız gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə qalib gəlməyi bacarıb.

Əlavə vaxta gedən oyunda Tahir Baxşıyev və Anar Sarıyevin yetirmələri yekunda 78-73 hesabı ilə parketdən qalib ayrılaraq Avropa çempionatının bürünc medallarını əldə edib.

Müəllif: Məsim MƏSİMZADƏ