AFFA VAR sisteminin sponsorluğu ilə bağlı müqavilə imzalayıb

Bu gün AFFA ilə “PAŞA Sığorta” şirkəti arasında VAR sisteminin sponsorluğu ilə bağlı müqavilə imzalanıb.

Birillik müddətə imzalanan müqaviləyə əsasən, Bakı Olimpiya Stadionunda yerləşən VAR otaqları “PAŞA Sığorta VAR otaqları” adlanacaq.

Müqaviləni AFFA-nın baş katibi Sərxan Hacıyev və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova imzalayıblar.

Müəllif: Natiq NƏSİROV