Stolüstü tennisçilər İslamiadada mübarizəyə uğurla başladılar

Stolüstü tennisçimiz Emin Məmmədov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə qələbə ilə başlayıb.

O, kişilərin şəxsi yarışında ilk görüşünü Qazaxıstan idmançısı Akimali Bakdauletə qarşı keçirib.

Rəqibini 3:0 hesabı ilə üstələyən Emin Məmmədov 1/16 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi Maldiv idmançısı Məhəmməd Şəffan İsmayıl olacaq. Digər idmançımız Adil Əhmədzadə isə, rəqibi oyuna çıxa bilmədiyindən birbaşa 1/8 final mərhələsinə adlayıb.

Qeyd edək ki, bu gün qadın stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Əbdülhəmidova da mübarizəyə qoşulacaq.

Müəllif: Natiq NƏSİROV