Qadın stolüstü tennisçilərimiz İslamiadanın komanda yarışlarında mubarizəyə uğurla başlayıblar
Qadın stolüstü tennisçilərimiz İslamiadanın komanda yarışlarında mubarizəyə uğurla başlayıblar.
İlk oyunda Banqladeş seçməsi ilə qarşılaşan milli 3-0 hesabı ilə qələbə qazanıb.
Ləman Əbdülhəmidova ilə Mərziyyə Nurmətova şəxsi görüşlərdə, Nəzakət Qarayeva-Mərziyyə Nurmətova tandemi isə qoşa yarışda rəqiblərini üstələyib. Komandamız bu gün Özbəkistan, sabah İran millisi ilə üz-üzə gələcək.