Fəridə Əzizova V İslam Həmrəyliyi Oyunlarının qalibi oldu

ESTAFET/ Azərbaycan qadın taekvondoçusu Fəridə Əzizova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

67 kq-da mübarizə aparan 27 yaşlı idmançı finalda iranlı Zeynəb İsmailiyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

68 kq çəkidəki Cavad Ağayev isə finalda özbəkistanlı Uluqbek Raşidova uduzaraq gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan taekvondoçuları günü bir dəst medalla başa vurublar. Daha əvvəl qadınların 49 kiloqram çəki dərəcəsində Patimat Abakarova bürünc medal əldə edib.

Müəllif: Natiq NƏSİROV