Taekvandoçumuz Minayə Əkbərova gümüş medalla kifayətlənib

Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

46 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada mərakeşli Sahib Soukania ilə qarşılaşıb.

Rəqibinə 1:22 hesabı ilə uduzan taekvandoçumuz gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu, Azərbaycan taekvondoçularının İslamiadakı 4-cü medalı olub.

Daha əvvəl Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) isə bürünc medala sahib çıxıblar.

azertag.az

Müəllif: Natiq NƏSİROV