Azərbaycan gimnastı V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb
Azərbaycan gimnastı Vladimir Dolmatov V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə yarışlarda qızıl medal qazanıb.
Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Vladimir Dolmatov kişilər arasında fərdi proqramda birinci yeri tutub.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.
azertag.az