Bakı Gənclər Mərkəzinin üzvləri arasında velosiped yarışı keçirilib

Avqustun 24-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzinin üzvləri arasında velosiped yarışı keçirilib. Respublika Velotrekində baş tutan yarışda 15-18 yaş kateqoriyasında və 19 yaşdan yuxarı 26 oğlan, 1 qız həvəskar velosipedçi mübarizə aparıb. Yarış trekində 1 dairəni ən tez başa vuran iştirakçılar mükafatçılar sırasında yer alıblar.

15-18 yaş kateqoriyasında Orxan Babanlı 1-ci, Ümid Cabbarlı 2-ci, Qəzənfər Məmmədov 3-cü yerə layiq görülüblər.

19 yaşdan yuxarı velosipedçilər arasında isə Cavid Əliyev hamıdan yaxşı nəticə göstərərək 1-ci yerə çıxıb. Onun ən yaxın izləyicisi Adil Məcidov olub və 2-ci yerdə qərarlaşıb. Elmir Musayev isə 3-cü yerlə kifayətlənib.

Qaliblərə Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva medallar və sertifikatlar təqdim edib.

Müəllif: Bəhruz MƏMMƏDOV