Karateçilərimiz Çexiyadan 27 medalla döndü
Karateçilər 9-11 Sentyabr tarixlərində Çexiyanın Pardubiçe şəhərində Dünya Şotokan Federsiyasının (WSF) 12-ci Dünya çempionatınında 14 qızıl, 7 gümüş və 6 bürünc medal qazanıb.
31 öləkədən 1804 karateçi arasında yarış Dünya Karate Federasiyası (WKF), həmçinin Şobu ippon, Şobu sanbon qaydaları və açıq çəki dərəcəsi üzrə keçirilib. Ayxan Mamayev və Elməddin Səlimli hər dörd versiyanın qalibi olmaqla "Grand Winner" mükafatına layiq görülüb.
Müxtəlif versiyalar üzrə yarışlarda həmçinin Emil Xasiyev, Ülvi Məmmədov, Siyavuş Bayramov, Astan Qasımov, Xəyal Məmmədov, Səidə Mikayılova, Fehruz Nəbizadə, Valeriya Rudakova, Elnur Əliyev, Emiliya Mitilinova, eləcə də kumitedə böyüklər və veteranlar, katada isə qadınlardan ibarət komandamız mükafatlara sahib olub. WSF-nin Azərbaycan nümayəndəsi Rənad Əliyevə beynəlxalq təşkilatın 6-cı dnn dərəcəsi təqdim edilib.