Pensiyaçılar arasında həvəskar şahmatçıların "Zəfər turniri" keçiriləcək
Turnirdə iştirak etmək istəyən pensiyaçılar 142 - Çağrı Mərkəzinə şəxsi məlumatlarını təqdim edərək və ya bu məlumatları Dövlət Sosial Müdafiə Fondunun "Facebook" və "Instagram" sosial şəbəkə hesablarına göndərərək qeydiyyatdan keçə bilərlər. Həmçinin DSMF-nin regional filiallarına yaxınlaşaraq ərizə yazmaqla da qeydiyyatdan keçmək mümkündür. Qeydiyyatdan keçmiş şəxslər arasında ilkin seçim mərhələsi olacaq. "Zəfər turniri"ndə yalnız bu mərhələdən uğurla keçmiş pensiyaçılar iştirak edə biləcəklər.
Məlumat üçün deyək ki, turnir yaşa görə pensiyaya çıxan pensiyaçılar arasında keçiriləcək. Qeydiyyat sentyabr ayının 19-dan oktyabr ayının 19-dək davam edəcək.