"BAKU CUP 2022" mini su polosu üzrə turnir
Su İdman Sarayında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatşılığı ilə “BAKU CUP 2022” mini su polosu üzrə turnir keçirilib. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə yarışda 6 komanda mübarizə aparıb.
Turnirin açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Turnir açıq elan edildikən sonra dövlət himni səsləndirilib, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Dairəvi sistem üzrə keçirilən yarışda 6 komanda mübarizə aparıb. Yekun nəticələrə görə I yeri “145 qrup” komandası, II yeri “Qarabağ Akvatik” komandası, III yeri “Partnyor qrup” komandası tutmuşdur.
Turnirin sonunda idmançılar kubok, medal və diplomlarla təltif olunublar.