Seçmə komandamız beynəlxalq turnirə yollanıb
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə stolüstü tennisçilərin “WTT YOUTH CONTENDER TBILISI” turniri davam edir. Sabah qızlar mübarizəyə başlayacaqlar.
Məşqçilər Elnur Hidayətzadə və Gülnarə İbrahimovanın rəhbərlik etdiyi seçmə komanda bu gün qonşu ölkəyə yola düşüb. Sentyabrın 23-dən 25-dək davam edəcək turnirdə Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaq.
Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasova isə, turnirin oyunlarını idarə edəcəklər.
Qeyd edək ki, oğlanların mübarizəsində Adil Əhmədzadə ilə Onur Quluzadə 3-cü yeri tutub.