Stolüstü tennisçilər beynəlxalq yarışı 3 medalla başa vurdular

Türkiyənin Nevşehir şəhərində təşkil olunan “WTT Youth Contender” turnirinə yekun vurulub.
Yarışın son günündə U15 kateqoriyasının şəxsi turnirində mübarizə aparan Onur Quluzadə komandamızın aktivinə daha bir medal yazdırıb. Yarımfinalda Türkiyə təmsilçisi Kenan Kahramanla qarşılaşan Onur gərgin keçən görüşdə 2-3 hesabı ilə uduzaraq bürünc mukafatla kifayətlənib.
Xatırladaq ki, Onur Quluzadə turnirin U17 kateqoriyasında da fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.
Qarışıq-qoşa yarışında isə Onur Quluzadə ilə Yağmur Məmmədli U15 kateqoriyasında baş mükafata layiq görülmüşdü.
