U-15 və U-18 region birincilikləri təşkil olunacaq
24 sentyabr 2022-ci ildən etibarən Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cüdo idman növü üzrə U-15 və U-18 region birincilikləri keçiriləcək. Region birincilikləri müvafiq yaş qrupları üzrə Azərbaycan birinciliklərinə seçim xarakteri daşıyacaq.
Beynəlxalq tələblərə uyğun təşkil olunan yarışların təqvim planı aşağıdakı kimidir:
Cənub bölgəsi, 24-25 sentyabr (Şirvan Olimpiya İdman Kompleksi)
Şimal bölgəsi, 29-30 sentyabr (Xaçmaz Olimpiya İdman Kompleksi)
Aran-Mil-Muğan bölgəsi, 5-6 oktyabr (Beyləqan Olimpiya İdman Kompleksi)
Şimal-Qərb bölgəsi, 8-9 oktyabr (Şəki Olimpiya İdman Kompleksi)
Qərb bölgəsi, 15-16 oktyabr (Qazax Olimpiya İdman Kompleksi)
Qarabağ-Zəngəzur bölgəsi, 20-21 oktyabr (Ağdam Olimpiya İdman Kompleksi)
Naxçıvan Muxtar Respublikası 21-22 oktyabr (Naxçıvan Olimpiya İdman Kompleksi)
U-18 Sumqayıt şəhər birinciliyi, 26 noyabr (Sumqayıt Olimpiya İdman Kompleksi)
U-18 Bakı şəhər birinciliyi, 11-13 dekabr (FHN İdman Sağlamlıq Kompleksi)
Qeyd edək ki, ACF ölkədə cüdo idman növünün inkişafı və kütləvləşdirilməsi üçün gördüyü işlərdən biri regionlarda keçirilən turnirlərin sayının artırılmasıdır. Həmçinin, yarışlardan bir gün öncə ACF-in hakimlər heyəti tərəfindən regionlarda fəaliyyət göstərən məşqçilərin hakimlik haqqında biliklərinin artırılması üçün seminarlar təşkil olunacaq.