Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verildi
Goranboy Olimpiya İdman Kompleksinin nəzdində, Gəncə şəhərində, Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində, eləcə də Samux şəhərində ağır atletika zalları istifafəyə verilib.
Zalların açılışında kənd təsərrüfatı naziri, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov, gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev iştirak ediblər.
Yeni istifadəyə verilən zallarda yaradılmış şəraitlə tanış olan qonaqlar idmançı və məşqçilərlə fikir mübadiləsi aparıblar. Söhbət zamanı regionlarda bu idman növünün inkişafının əhəmiyyəti və geniş təbliği xüsusi vurğulanıb.
Səfər çərçivəsində nazir Fərid Qayıbov Şəki şəhərində “Buta” məktəbəqədər təhsil müəssisəsində istifadəyə veriləcək ağır atletika zalı və İsmayıllı şəhərində Uşaq-Gənclər Şahmat İdman Məktəbinin nəzdində mövcud ağır atletika zalının fəaliyyəti ilə də tanış olub.