ABŞ-ın tanınmış mütəxəssisləri güləşçilərə master-klas keçib
ABŞ-ın 2 tanınmış güləş mütəxəssisi ölkəmizdə səfərdədir.
Sərbəst güləş üzrə 2 qat olimpiya, 4 qat dünya çempionu Con Smit və qadın güləşi üzrə dünya çempionatının 2 qat bürünc medalçısı Seli Roberts sentyabrın 27-28-də Olimpiya Güləş Mərkəzində milli komandalarımızla tanış olublar. Qonaqlar yeniyetmə və gənc idmançılara master-klass keçməklə yanaşı, müxtəlif məsələlərlə bağlı tövsiyələrini çatdırıblar.
Federasiya rəhbərliyi tanınmış mütəxəssislərlə görüşərək fikir mübadiləsi aparıblar. Qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, amerikalı məşqçilər qarşıdakı 3 gündə Astara və Gəncədə yerli güləşçilərə master-klass keçəcəklər.