Dünya çempionatının püşkatması keçirildi
ESTAFET/ Sabahdan etibarən Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə Dünya çempionatı start götürəcək. Bu gün isə çempionatın püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.
Qadınlar
-48 kq
Leyla Əliyeva - Juliya Fiqueroya (İspaniya)
-52 kq
Gültac Məmmədəliyeva - Binta Ndiaye (İsveçrə)
Kişilər
-60 kq
Kəramət Hüseynov - Yeldos Smetov (Qazaxıstan)
-66 kq
Orxan Səfərov - Vayzeneqqer Freddi (İsveçrə) / İsmael Alhassane (Niger) cütünün qalibi
Yaşar Nəcəfov - Miad Nosrati (Beynəlxalq Cüdo Federasiyası)
-73 kq
Rüstəm Orucov - Aleksandru Rayku (Rumıniya) / Daniel Karqnin (Braziliya) cütünün qalibi
Hidayət Heydərov - Abdul Malik Umayev (Belçika) / Ali Abdelmouati (Misir) cütünün qalibi
-81 kq
Səid Mollayi - Aleks Barto (Slovakiya) / Nikon Zaboroskiuk (Moldova) cütünün qalibi
Elcan Hacıyev - Laçlan Morhead (Böyük Britaniya)
-90 kq
Məmmədəli Mehdiyev - Çristian Parlati (İtaliya) / Aleksander Knauf (Amerika Birləşmiş Ştatları) cütünün qalibi
-100 kq
Zelim Kotsoyev - Daniyel Eyx (İsveçrə)
Qeyd edək ki, cüdo üzrə Dünya çempionatı oktyabrın 6-dan 13-dək davam edəcək.