Bakıda para-cüdo idman növü üzrə İcraiyyə Komitəsinin (IBSA Judo) iclası keçiriləcək
07 noyabr 2022-ci il Bakı Marriot Bulvar otelində para-cüdo üzrə Dünya Çempionatı çərçivəsində keçiriləcək iclasda (IBSA Judo) – nun İcraiyyə Komitəsinin üzvləri bu idman növünə aid bir sıra məsələləri müzakirə edəcəklər.
İclasda Milli Paralimpiya Komitəsinin prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının vitse-prezidenti İlqar Rəhimov iştirak edəcək.
İclas zamanı Paris 2024 XVII Yay Paralimpiya Oyunları üçün kvalifikasiya, idmançılar üçün tibbi göz təsnifatı, hakimlik, yarışların təşkili, yeniyetmələr arasında para-cüdonun təbliği mövzularında geniş muzakirələr aparılacaq.
Eyni zamanda Los-Anceles 2028 XVIII Yay Paralimpiya Oyunları üçün yeni çəki dərəcələrinin təyin edilməsi barədə fikir mübadiləsi aparılacaq.