Karyerasını bitirdiyini açıqlayan Pike La Liga matçı üçün sifariş edildi
ESTAFET/ Bir neçə gün əvvəl karyerasını bitirdiyini açıqlayan Jerar Pikenin adı “Barselona”nın La Liqada “Osasuna”ya qarşı keçirəcəyi oyunun iştirak ərizəsinə daxil edilib.
Katoniya klubunun sosial şəbəkə hesabında bildirilib ki, müdafiəçi heyətdəki problemlər səbəbindən bu oyun üçün sifariş olunub.
35 yaşlı futbolçu daha əvvəl La Liqanın 13-cü turunda “Almeriya” ilə matçın (2:0) onun üçün sonuncu olacağını açıqlamışdı.
Pike “Barselona”nın öz yetirməsidir. O, “Barsa” ilə 28 kubok qazanıb və komandanın heyətində 616 oyuna çıxıb.
“Barselona” ilə “Osasuna” arasında oyun noyabrın 9-da, saat 00:30-da start götürəcək.