Yığmamız Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək

Noyabrın 15-17-si tarixlərində Türkiyənin paytaxtı Ankarada ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Yarışda 20-dən çox ölkədən 100-ə yaxın atlet çıxış edəcək.

Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Baş məşqçi Emil Əliyevin rəhbərliyi altında qadınlarda Nazilə İsmayılova (49 kq) və Rəhilə Hüseynzadə (76 kq), kişilərdə isə Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq), Ömər Cavadov (81 kq) körpücük üzərinə çıxacaqlar.

Müəllif: Bəhruz MƏMMƏDOV