Taekvondoçuların DÇ-də uğursuz çıxışı davam edir
ESTAFET/ Azərbaycanın daha bir taekvondoçusu bu gün Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov startda Çin təmsilçisi Xiao Zhou ilə üz-üzə gələcək.
Ötən gün 63 kq-da yarışan Sədri Həmidreza ilk qarşılaşmasında özbəkistanlı Niyaz Pulatova uduzub.
Xatırladaq ki, Azərbaycan dünya çempionatında ümumilikdə 8 taekvondoçu ilə təmsil olunur. Hələlik yalnız 68 kq-dakı Cavad Ağayev bürünc medal qazanıb.