Səfərlidən məğlubiyyətsiz irəliləyir

ESTAFET/ Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən beynəlxalq turnirdə 100 faizlik nəticə göstərib.

Üç turdan sonra 30 yaşlı qrossmeysterin aktivində 3 xal var. 

Digər səkkiz şahmatçı da eyni nəticəyə malikdir. Səfərli əlavə göstəricilərə görə hazırda turnir cədvəlində ikincidir.

Qeyd edək ki, turnirdə 188 şahmatçı mübarizə aparır. Yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.

Müəllif: Natiq NƏSİROV