"Bayern Münhen" Ronaldunu almaq fikrindən danışdı
ESTAFET/ "Bayern Münhen" "Mançester Yunayted"in ulduz futbolçu Kriştianu Ronaldunu almaq fikrindən daşınıb.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Bundesliqa təmsilçisinin aparıcı üzvü Sadio Manenin 3-4 aylığına sıradan çıxması heyətdə hücumçu problemi yaratsa da, münhenlilər yanvarda yeni transfer etməyi düşünmürlər.
Qeyd edək ki, seneqallı forvard əməliyyat keçirib. Onun Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə ilk oyununa qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Sözügedən qarşılaşma 15 fevral tarixində baş tutacaq.