"Xarı Bülbül Şuşa" yoxlama oyununda qalib gəldi

ESTAFET/ Ölkə çempionatında debut edəcək kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” komandası yeni mövsümə hazırlıqları davam etdirir. Bu yaxınlarda Macarıstanda təlim-məşq toplanışında olan komanda hazırlığın növbəti mərhələsini Bakıda keçirir. “Xarı Bülbül Şuşa” yoldaşlıq görüşündə MOİK komandasıyla qarşılaşıb. Oyun Şuşa klubunun 3-0 hesablı qələbəsilə başa çatıb. Razılığa əsasən komandalar daha bir setdə qüvvəsini sınayıb. Həmin hissədə MOİK-in üstünlüyü qeydə alınıb.

Xatırladaq ki, “Xarı Bülbül Şuşa” klubunun prezidenti tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva, baş məşqçisi Ziya Rəcəbov, təsisçisi isə beynəlxalq idman agenti, “IL'AZERO”nun sahibi, eyni zamanda, komandanın voleybolçusu İlqar İmamquliyevdir.

Müəllif: Bəhruz MƏMMƏDOV