"Bu, mənim son şansımdır": Messi

ESTAFET/ Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-nin startından danışıb.

Ulduz futbolçu əla formada olduğunu deyib.

"Marca" hücumçudan sitat təqdim edib: “Fiziki cəhətdən özümü çox yaxşı hiss edirəm. Heyətə əla formada qoşulmuşam. Kiçik xəsarət almışdım, əzələmdə qançır var idi. Ona görə ehtiyat tədbiri olaraq dünən fərdi məşq etdim. Amma ciddi bir şey yox idi. Bu dünya çempionatına bütün komandalar demək olar ki, hazırlıqsız gəlib.

Formamı necə qorumuşam? Nə qədər çox oynasam, özümü bir o qədər yaxşı hiss edirəm. Xüsusi bir şey etmədim, sadəcə özümə diqqət yetirdim. Bu, mənim son dünya çempionatımdır və böyük arzunu həyata keçirmək üçün son şansdır”.

Qeyd edək ki, Argentina dünya çempionatının ilk turu çərçivəsində bu gün Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

Müəllif: Natiq NƏSİROV