"Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçiriləcək

ESTAFET/ Noyabrın 27-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə (25 noyabr) həsr olunmuş “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçiriləcək.

Müxtəlif gənclər təşkilatları və Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilərin qatılacağı veloyürüşə saat 12:00-da “Azneft” dairəsindən start veriləcək.

İştirakçılar müəyyən olunmuş marşrutla hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında yürüşü başa vuracaqlar.

Azərbaycan Velosiped Federasiyası veloyürüşdə iştirak etmək arzusunda olan həvəskar xanımları tədbirə qatılmağa dəvət edir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabr ayının 25-i bütün dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.

Veloyürüşü işıqlandırmaq istəyən media nümayəndələrini tədbirə dəvət edirik.

Müəllif: Bəhruz MƏMMƏDOV