Brüsseldə, Avropa Olimpiya Komitələrinin Beynəlxalq Əlaqələr Komissiyasının iclası keçirilib

29 və 30 noyabr tarixlərində, Brüsseldə, Avropa Olimpiya Komitələrinin Beynəlxalq Əlaqələr Komissiyasının iclası keçirilib.

Milli Olimpiya Komitəsinin xarici əlaqələr departamentinin rəhbəri Anar Bağırovun AOK-un Beynəlxalq Əlaqələr Komissiyasının üzvü kimi qatıldığı iclasda, Avropa İttifaqının İdman Siyasəti və Maliyyələşdirmə məsələləri, “Təhlükəsiz İdman” haqda Beynəlxalq Olimpiya Komitəsinin İnsan Hüquqları ilə bağlı strategiyası, Avropa İdman Modeli və.s məsələlər müzakirə edilib.

Müəllif: Bəhruz MƏMMƏDOV