Azərbaycan çempionatı start götürdü

Bakı İdman Sarayında qadınlar və kişilər arasında Azərbaycan çempionatının ilk yarış günü keçirilir.

Yarışın əvvəlində 16 yaşlı cüdoçumuz Turan Rüstəmovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Bu gün çempionatda qadınlar arasında -48 kq. və -63 kq. çəki dərəcələrində, kişilər arasında isə -60 kq. və -81 kq. çəki dərəcələrinə qaliblər müəyyənləşəcək.

Müəllif: Natiq NƏSİROV