NORMAN NATO FORMULA 2 YÜRÜŞÜNÜN QALİBİ OLDU
ESTAFET/ Az öncə başa çatan Formula 2 yarışlarında mükafatçılar bilinib. Arden International komandasının pilotu Norman Nato hamını qabaqlayaraq yürüşün qalibi olub. Dünən siralama turunda qalib gələrək poulu qazanan Şarl Lekler isə finişi 2-ci keçib. Daha doğrusu finişi hamıdan öndə keçsə də, onun stüardların sarı bayraqlarına məhəl qoymayaraq sürəti azaltmaması 10 saniyə ilə cəzalandırılmasına səbəb olub. DAMS komandasının üzvü Nikolas Latifi yarışı 3-cü sırada bitirib.
Çempionatın ümumi sıralamasında Lekler 122 xalla liderlik edir. 80 xala sahib olan Oliver Rouland (DAMS) ikinci, rus pilot Artyom Markelov (Russian Time) isə 76 xalla üçüncü sırada qərarlaşıblar.