Avarçəkmə paytaxt Bakıya - xəzər sularına qayıdır - VİDEO
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Azərbaycanda avarçəkmə ənənələrinin bərpasını davam etdirir. Bölgələrdə avarçəkənlərin nümunəvi çıxışlarını təşkil edən AKAF bu dəfə Xəzər dənizində test yürüşü keçirib. Federasiya yaxın gələcəkdə Xəzər dənizində avarçəkmə üzrə müxtəlif təlim-məşq toplanışları, yarışların təşkilini planlaşdırır ki, bunun nəticəsində də Bakıda avarçəkmə idman növü daha da populyarlaşaraq gənclər və yeniyetmələr üçün əlçatan olacaq. Paytaxt Bakıda əhalinin daha çox yaşadığını nəzərə alsaq bu addım gələcəkdə milli komandanın formalaşdırılmasında da mühüm rol oynayacaq.
Qeyd edək ki, Azərbaycanda avarçəkmə idmanı ilə peşəkar olaraq 1930-cu illərin sonundan məhz Xəzər dənizində məşğul olunmağa başlanıb. 1933-cü ildə 3 yaxt klub istifadəyə verilib. O dövrdə Bakı buxtasında yarışan avarçəkənlərin mübarizəsini dənizkənarı bulvardan müşahidə etmək mümkün olub.