Parataekvandoçularımızdan 2 qızıl medal

ESTAFET/ Azərbaycan parataekvondoçuları Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən Qran-Pridə uğurlu çıxış ediblər.

Sabir Zeynalov (58 kq, K44) və İmaməddin Xəlilov (70 kq, K44) bütün rəqiblərinə qalib gələrək, yarışı qızıl medalla başa vurublar.

Qeyd edək ki, Qran-pri Paris-2024 17-ci Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

Müəllif: Orxan NOVRUZOV