"Traktor" səfərdə minimal hesabla qalib gəldi

ESTAFET/ Futbol üzrə İran çempionatında 12-ci turun oyunları keçirilib.
Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Paykan”la qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar - 1:0.
“Traktor” 12 turdan sonra 18 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
