Polşa millisinin baş məşqçisi istefaya göndərildi

ESTAFET/ Futbol üzrə Polşa milli komandasının baş məşqçisi Çeslav Mixneviç istefaya göndərilib.

Bu barədə Polşa Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Mixneviç yığmanın Qətərdəki dünya çempionatında uğursuz çıxışına görə vəzifəsindən ayrılıb.

Xatırladaq ki, polşalı məşqçi bu ilin yanvarında millinin sükanı arxasına keçmişdi.

Müəllif: Orxan NOVRUZOV