Bundesliqadan Premyer Liqaya

ESTAFET/ Almaniyanın “Frayburq” klubu hücumçusu Kevin Şadeni İngiltərə “Brentford”una icarəyə verib.

Bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb.

Almaniyadan olan 21 yaşlı futbolçu yayda birdəfəlik “Brentford”a keçəcək. Onunla 5 illik müqavilə imzalanacaq.

Şade “Frayburq”un yetirməsidir. O, bu klubun əsas komandasında 36 oyuna 6 qol vurub.

Müəllif: Bəhruz MƏMMƏDOV