U-21 gənclər arasında Bakı şəhər birinciliyi keçiriləcək

11-13 yanvarda Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə 21 yaşa qədər gənclər arasında Bakı birinciliyi təşkil olunacaq.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda Bakının 22 müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 150-ə yaxın idmançı güclərini sınayıb, medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.   

Turnir 22-24 fevralda keçiriləcək 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.

Yarış hər gün saat 10:00-da başlayacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Müəllif: Natiq NƏSİROV