"Onlar daha yaxşı idilər": MY müdafiəçisi

ESTAFET/ "Mançester Yunayted" klubunun müdafiəçisi Lyuk Şou İngiltərə Premyer Liqasının son turunda "Arsenal"a məğlubiyyətlərini şərh edib.
"İkinci hissədə şox passiv idik və oyunun sonlarında vəziyyətə nəzarəti rəqibə verdik. Son dəqiqələrdə qol buraxaraq məğlub olmaq çox ağırdır. Onlar daha yaxşı idilər. Konsentrasiyanı itirsən komandanı cəzalandıracaqlar. Mövsümün sonuna hələ uzun yol var. Ancaq "Arsenal" çempionatın lideri olmağı tamamilə haqq edir" - deyə müdafiəçi BBC-yə açıqlama verib.
Qeyd edək ki, görüş londonluların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Hazırda 1 oyun az keçirən "Arsenal" ikinci pillədəki rəqibini 5 xal qabaqlayır.
