Azərbaycanın fiqurlu konkisürəni Avropa Gəncləri Qış Olimpiya Festivalında ilk çıxışını edib

Yanvarın 25-də Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən gənc idmançımız Səbinə Əliyeva “2023 Avropa Gəncləri Qış Olimpiya Festivalı”nda qısa proqram üzrə öz çıxışını edib.

Ateltimiz 30 ölkənin iştirakçı arasında 45.27 xal toplayaraq 10-cu yerə sahib olub.

Qeyd edək ki, Səbinə Əliyevanın növbəti çıxışı yanvarın 27-də baş tutacaq. İdmançımız sərbəst proqram üzrə çıxış edərək yüksək nəticə uğrunda mübarizə aparacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV