Bakı Şəhər Halqası Gənclər Gününə özəl endirim kampaniyası təqdim edir

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2 fevral - Gənclər Günü münasibətilə Formula 1 Azərbaycan Qran Prisi biletləri üçün endirim kampaniyası təqdim edir.

Bu il daha çox yerli gəncin F1 həyəcanını yaxından yaşaması üçün keçirilən kampaniya çərçivəsində tribuna biletləri 50% endirimlə təklif olunur. Kampaniya yalnız tələbələr üçün nəzərdə tutulmuşdur və biletlər məhdud saydadır. 

Bundan başqa, sözügedən kampaniya Azərbaycan vətəndaşlığına və ya rezident statusuna sahib tələbələrə şamil olunur və onlar tələbə kartını təqdim edərək bu endirimdən yararlana bilərlər.

Qeyd edək ki, tələbələr endirimli biletləri yalnız şəhərimizin satış məntəqələrindən hərəyə 1 ədəd olmaqla əldə edə bilərlər:

- “28 Mall” Ticarət Mərkəzi

- “Gənclik Mall” Ticarət Mərkəzi

- Heydər Əliyev Sarayı

- Köşk №1 (M.Rəsulzadə 3)

- Köşk №2 (Bül-bül prospekti, Nizami küç.)

- 1 saylı "ASAN xidmət” mərkəzi

- 2 saylı "ASAN xidmət” mərkəzi

- 3 saylı "ASAN xidmət” mərkəzi

- 4 saylı "ASAN xidmət” mərkəzi

- Sumqayıt "ASAN xidmət" mərkəzi

Endirim kampaniyası 5 fevral tarixinədək davam edəcək.

Formula 1 mövsümünün ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışı 28-30 aprel tarixlərində baş tutacaq və paytaxtımız ilk dəfə Sprint yarışına ev sahibliyi edəcək. Bu nəfəskəsən həyəcana ortaq olması üçün BŞH yerli gənc azarkeşləri bu endirimdən yararlanmağa çağırır!

Əlavə məlumat üçün *6003 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Müəllif: Natiq NƏSİROV