Lyuis Hemilton və Şarl Lekler Çin Qran-prisində diskvalifikasiya edildi

"Formula 1" üzrə Çin Qran-prisində yarışın nəticələrinə əsasən "Ferrari"nin sürücüləri Lyuis Hemilton və Şarl Lekler diskvalifikasiya olunublar.
Formula 1-in mətbuat xidmətinin məlumatına görə:
- Şarl Leklerin avtomobilinin çəkisi texniki qaydalara uyğun gəlmədiyi üçün yarışdan kənarlaşdırılıb.
- Lyuis Hemilton isə bolidinin sürüşmə taxtasının həddindən artıq aşınması səbəbilə diskvalifikasiya edilib.
- Eyni zamanda, "Alpine" komandasının fransız pilotu Pyer Qasli də avtomobilinin çəkisinin uyğun olmaması səbəbindən yarışdan çıxarılıb.
Diskvalifikasiya edilməzdən əvvəl Lekler 5-ci, Hemilton 6-cı, Qasli isə 11-ci yeri tutmuşdu.
Qeyd edək ki, yarışın qalibi "McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri olub.
