"Formula 1”: Azərbaycan Qran-prisinin könüllü proqramına qeydiyyat mərhələsi rekord nəticə ilə yekunlaşıb

Bu il Azərbaycanda keçiriləcək “Formula 1” üzrə Qran-prinin könüllü proqramına qeydiyyat mərhələsi rekord nəticə ilə yekunlaşıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qeydiyyat üçün 48 saat ərzində 31 mindən çox müraciət daxil olub.

Bu, Azərbaycan Qran-prisi tarixində ən yüksək göstərici kimi qeydə alınıb. Ötən il bu rəqəm 16 min olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Müəllif: Natiq NƏSİROV